13 sentyabr 2013 15:12

Neftçidən 1100-cü qol və 200-cü ev qələbəsi

Topaz Premyer Liqasının 6-cı turunun “İnter”lə oyunu “Neftçi” üçün əlamətdar olub. 3:1 hesablı qələbə qazanan “ağ-qaralar”ın qarşılaşmadakı 3-cü qolu mövsümdə 10-cu oldu. Azerisport.az xəbər verir ki, bu qolun “Neftçi” üçün həm də tarixi əhəmiyyəti var.
 
Belə ki, 1992-ci ildən indiyədək bütün Azərbaycan çempionatlarında yüksək liqada mübarizə aparan “Neftçi” cari mövsümün startına qədər 1090 qol vurmuşdu. “İnter”lə matçda sonuncu, mövsümdə isə 10-cu olan qol klubun çempionatlar tarixində yubiley - 1100-cü qolu oldu.
 
Tarixi qol maraqlı alındı. Penalti zərbəsi qazanıldıqdan sonra Flavinyo fərqlənmək imkanını yeni klubunda qol hesabını açmayan Melvin Platyeyə verdi. Hollandiyalı hücumçunun yerinə yetirdiyi 11 metrlik zərbə ilə “ağ-qaralar” 11-ci “100-lüy”ü tamamladı. Platye həm yubiley qolunun müəllifi, həm də komandada qol vuranların siyahısına düşməklə adını tarixə yazdırdı.
“Neftçi”nin Azərbaycan çempionatlarındakı bütün qolları
 
Mövsüm
Vurulan top
Buraxılan top
+:-
-:+
Vurub
Buraxıb
1992
104
23
(2)
-
104
23
1993
39
11
1
-
36
11
1993/94
37
35
-
8
37
11
1994/95
63
14
1
-
60
14
1995/96, 1-ci mərhələ
42
17
-
-
42
17
1995/96, 2-ci mərhələ
18
12
-
-
18
12
1996/97
98
20
-
-
98
20
1997/98
43
23
2
-
37
23
1998/99, 1-ci mərhələ
57
18
1
-
54
18
1998/99, 2-ci mərhələ
11
7
-
-
11
7
1999/2000
35
17
-
1
35
14
2000/01
57
12
2
-
51
12
2001/02, 1-ci mərhələ
34
7
-
-
34
7
2001/02, 2-ci mərhələ
1
0
-
-
1
0
2003/04
65
15
1
-
62
15
2004/05
54
19
1
-
51
19
2005/06
51
16
-
-
51
16
2006/07
47
15
-
-
47
15
2007/08
42
18
1
-
39
18
2008/09
30
21
-
-
30
21
2009/10, 1-ci mərhələ
20
14
-
-
20
14
2009/10, 2-ci mərhələ
5
6
-
-
5
6
2010/11
53
17
-
-
53
17
2011/12
55
30
-
-
55
30
2012/13
59
32
-
-
59
32
2013/14
10
5
-
-
10
5

 
1130
424
10+(2)
9
1100
397

Qeyd: mövsümdən sonrakı ilk 2 sütunda turnir cədvəlində əks olunan topların sayı göstərilib. Burada texniki nəticələr də əksini tapıb. Növbəti 2 sütunda texniki nəticələr qeyd olunub. 1992-ci ildə qeydə alınan 2 texniki qələbə turnir cədvəlində də yazılmayıb. Son 2 sütunda isə vurulan və buraxılan qolların real sayı əks olunub. Bundan başqa çempionatlar ərzində nəticəsi ləğv olunan matçların heç biri qeydə alınmayıb. Yarımçıq qalan 2001/02 mövsümünün nəticələri nəzərə alınıb.

“Neftçi”nin tarixi qolları
 

 
Tarix
oyun
Futbolçu
1
08.05.1992
Neftçi – Xəzər Sumqayıt
Yunis Hüseynov
100
13.10.1992
İnşaatçı Sabirabad - Neftçi
Samir Ələkbərov
200
22.10.1994
Xəzər Lənkəran – Neftçi
Mais Əzimov
300
18.09.1996
Fərid - Neftçi
Yaşar Vahabzadə
400
27.09.1997
Neftçi – Dinamo
Qurban Qurbanov
500
31.10.1999
Neftçi – Kəpəz
Aleksey Stukas
600
25.11.2001
Xəzər Universiteti – Neftçi
Vadim Vasilyev
700
13.12.2004
Neftçi – Kəpəz
Stenli Udenkvor
800
10.11.2006
Bakı - Neftçi
Aqil Məmmədov
900
22.08.2009
Neftçi - Turan
Adrian Neaqa
1000
04.12.2011
Neftçi - Simurq
Araz Abdullayev
1100
12.09.2013
Neftçi - İnter
Melvin Platye

Qeyd edək ki, “İnter” üzərində qələbə “Neftçi” üçün daha bir yubileylə əlamətdar olub. Azərbaycanın ən titullu klubu ölkə çempionatlarında 200-cü ev qələbəsini qazanıb. 21 illik milli çempionatlar tarixində 291-ci qarşılaşmasına çıxan komanda bu matçadək 199 dəfə qonaqları xalsız qoymuşdu. Öz meydanında 62 heç-heçə edən və 29 dəfə uduzan “Neftçi” 200-cü qələbəsini “İnter”lə görüşdə qeyd etdi. Cari mövsümədək 197 dəfə ev qələbəsi qazanan “Neftçi” öz meydanındakı ardıcıl 3-cü matçda 3 xal qazanmaqla buna nail oldu. Bakılılar çempionatda öz meydanında ən çox qələbə qazanan komandadır. (PFL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.