13 sentyabr 2013 15:33
Ariflə Saşanın komandası adını dəyişməyə hazırlaşır (FOTO)
Türkiyənin “Denizlispor” klubu adını dəyişməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçuların – Arif İsayevlə Saşa Yunisoğlunun da heyətində yer aldığı bu komanda “Tekden Denizlispor” adlandırıla bilər.
Buna səbəb Dənizli klubunun ciddi maliyyə problemləri ilə üzləşməsidi. Rəhbərlik məhz bu böhrandan çıxmaq üçün klubun adını satışa çıxarmağa qərar verib. Hazırda “Denizlispor”un adını almağa əsas iddialı isə Tekden Xəstəxanasıdı. Klub başbilənləri iş adamı Ahmet Nazif Zorludan da dəstək istəməyə hazırlaşır.
Bu barədə məlumatı klubun mətbuat xidmətinin rəhbəri Yasin Özpek də təsdiqləyib: “Biz hələlik forma reklamını heç kimə satmamışıq. Ancaq klubun ad haqqı üçün Tekden Xəstəxanası rəhbərliyi ilə danışıqlarımız davam edir. Əgər anlaşsaq, klubumuz “Tekden Denizlispor” adlanacaq. Burdan gələcək pulla borclarımızı bir qədər azaltmış olacağıq”.
