13 sentyabr 2013 16:15
Qəbələ sabah Bakıya yola düşür
Sentyabrın 15-də Premyer Liqanın 6-cı turu çərçivəsində baş tutacaq AZAL - "Qəbələ" görüşünün hazırlıqlarını davam etdirən "qırmızı-qaralar" bu gün axşam məşqi ilə doğma məkanda matçöncəsi hazırlıqlara yekun vuracaq. Azerisport.az xəbər verir ki, sabah səhər saatlarında isə komanda paytaxta yola düşəcək.
"Qəbələ" qarşılaşma öncəsi son məşqinə sabah saat 18:00-da AZAL-ın ev oyunlarını keçirdiyi Şüvəlan qəsəbə stadionunda çıxacaq. Komanda Bakıya bir itki ilə - məşq prosesində ağır zədə alan Rail Məlikovsuz yollanacaq.
Xatırladaq ki, matç sentyabrın 15-də saat 18:00-da start götürəcək və İdman Azərbaycan telekanalı vasitəsilə canlı yayımlanacaq.
