13 sentyabr 2013 17:21
Əliyev: XL-la səfərdə oynamaq çətindi, amma mümkündü
“Bakı”nın hücumçusu Rauf Əliyev Topaz Premyer Liqasının 6-cı turunda “Xəzər Lənkəran”la oyun haqda danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Rəqib çempionatın iddialılarından biridi. Son turlar yaxşı oynasalar da, nəticə qazana bilmirlər. Bizimlə oyunda da qələbəyə oynayacaqlar. Əminəm ki, çox çətin oyun olacaq. Səfərdə cənublulara qarşı mübarizə aparmaq çətindi, amma mümkündü. Bakı yenə də öz oyununu göstərməyə çalışacaq. Özümüzə inansaq, qələbə qazanmaq olar. Əgər turnir cədvəlində yuxarı pillələrə yüksəlmək istəyiriksəŞ mütləq qələbə barədə düşünməliyik”.
