13 sentyabr 2013 17:09
Foqts Azərbaycanda sosial sığorta haqqı ödəmir
“Azərbaycanda bütün legioner idçmançılar məcburi sosial sığorta haqqı ödəməlidi”. Azerisport.az xəbər verir ki, bu sözləri Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov jurnalistlərə müsahibəsində bildirib.
O deyib ki, məcburi sosial sığorta haqqı ödənişi üçün Azərbaycan mənbələrindən gəlir əldə edən bütün şəxslər qeydiyyata düşməlidirlər.
S.Müslümov Azərbaycanın futbol üzrə milli komandasının baş məşqçisi Berti Foqtsun hələ qeydiyyata düşmədiyini də təəssüflə söyləyib:
“Bununla belə əksər idmançılar qeydiyyatda var və sosial sığorta haqqı ödəyirlər”.
