13 sentyabr 2013 17:48
Bakının AÇ-2020 üçün rəqibləri gələn həftə dəqiqləşəcək
AFFA-nın baş katibi Elxan Məmmədov AÇ-2020-nin oyunlarının Bakıda keçirilmək şanslarından danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Bu günə kimi 20 yaxın milli federasiya öz şəhərlərinin namizədliyini irəli sürüb. Onların arasında Azərbaycan paytaxtı da var. Amma biz hələ Bakının rəqiblərindən danışa bilmərik. Çünki namizəd şəhərlərin yekun siyahısı sentyabrın 20-də keçiriləcək UEFA İcraiyyə Komitəsinin iclasında bilinəcək”.

Qeyd edək ki, AÇ-2020-ni keçirməyə namizəd şəhərlərin arasında Bakı ilə yanaşı bu şəhərlərin adları çəkilməkdədi: Amsterdam (Hollandiya), Bazel (İsveçrə), Belqrad (Serbiya), Bilbao (İspaniya), Brüssel (Belçika), Budapeşt (Macarıstan), Qlazqo (Şotlandiya), Dublin (İrlandiya), Donetsk və ya Kiyev (hər ikisi Ukrayna), Kardiff (Uels), Lion (Fransa), Lissabon və ya Portu (hər ikisi Portuqaliya), London (İngiltərə), Minsk (Belarus), Praqa (Çexiya), Sankt-Peterburq (Rusiya), Sofiya (Bolqarıstan) və İstanbul (Türkiyə).
Qeyd edək ki, UEFA-nın yeni qaydalarına görə, AÇ-2020 Avropanın 13 şəhərində keçiriləcək. Hər ölkə bir şəhərlə təmsil oluna bilər.