14 sentyabr 2013 18:45
Millimizin forvardı Almaniyada 8 dəqiqə oynadı
Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin üzvü Rüfət Dadaşovun çıxış etdiyi “Kayzerslautern”in ikinci komandası “Hoffenhaym II” ilə üz-üzə gəlib.
Regional Liqanın Cənub-Qərb zonasında keçirilən qarşılaşma futbolçumuzun komandasının 2:1 hesablı səfər qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində İsrailə qarşı 90 dəqiqə oynayan Rüfət bu oyunun 82-ci dəqiqəsində meydana buraxılıb.
Qeyd edək ki, “Kayzerslautern II” 8 oyundan sonra 13 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
