14 sentyabr 2013 19:17
“Rusiya millisindən sonra futbol ilə vidalaşacağam”
Futbol üzrə Rusiya millisinin baş məşqçisi Fabio Kapello gələcək karyerası haqda danışıb. Azerisport.az xəbər verir ki, italiyalı mütəxəssis Rusiya millisinin onun sonuncu iş yeri olacağını bildirib:
“Gələcəkdə İtaliya millisini çalışdırmaq niyyətində deyiləm. Hələ ki, Çezare Prandellinin yığmada işləri yolunda gedir. Onun istefası haqda düşünmürəm. Çünki Rusiya millisindən sonra futbolla vidalaşacağam”.
Qeyd edək ki, Kapellonun çalışdırdığı Rusiya millisi DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının rəqibidi.
