14 sentyabr 2013 21:23
Lans darmadağına üzüldü
Futbol üzrə Fransanın İkinci Liqasında növbəti turun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, “Bakı”nın prezidenti Hafiz Məmmədovun sahibi olduğu "Lans" klubu da növbəti matçına çıxıb.
Sözügedən komanda 6-cı tur çərçivəsində səfərdə “Havr”ın qonağı olub. Qarşılaşma “Lans”ın acınacaqlı məğlubiyyəti ilə başa çatıb. Halbuki, “Land of fire Azerbaijan” formalı komanda bu görüşdə qələbə qazanacağı təqdirdə turnir cədvəlində vahid liderliyi ələ keçirəcəkdi. Lakin “Lans” altı qol buraxdığı oyundan xalsız ayrılmalı olub.
Qeyd edək ki, məğlubiyyətə baxmayaraq “Lans” 13 xalla turnir cədvəlinin zirvəsindəki mövqeyini qoruyub.
Fransa, Liqa 2
6-cı tur
14 sentyabr
Havr - Lans - 6:2
