14 sentyabr 2013 21:49
“Xəzər Lənkəran bu qələbəyə sevinirsə, bu, tarixdi”
“Bakı”nın baş məşqçisi Milinko Pantiç Topaz Premyer Liqasının 6-cı turunun “Xəzər Lənkəran”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin serbiyalı çalışdırıcısı 1:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Bu oyunda səhvlər çox oldu. “Xəzər Lənkəran” bu qələbəyə sevinirsə, bu, tarixdi. Bugünkü oyunu unutmalıyıq. Qarşıdakı oyunlara hazırlaşacağıq”.
