14 sentyabr 2013 21:55
Toşak: Pantiçin komandamızın oyunu haqqında fikirlərinə yalnız təəssüflənirəm
“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak Topaz Premyer Liqasının 6-cı turunun “Bakı” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Lənkəran təmsilçisinin uelsli çalışdırıcısı 2:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Uşaq səhvindən sonra qapımızda qol gördük. Bundan sonra oyunda dönüş yaratmaq çətin idi. Futbolçularıma təşəkkürümü bildirirəm. Əzmkar oyun göstərib qalib gəldilər. Qol imkanlarımızı nəzərə alsaq, hesab daha böyük ola bilərdi. Bu oyun mənə ötən mövsüm “Bakı” ilə kubok oyunumuzu xatırlatdı. Həmkarım Milinko Pantiçin komandamızın oyunu haqqında fikirlərinə yalnız təəssüflənirəm”.
