15 sentyabr 2013 20:55
Ruslan Abışov yenə ehtiyatda qaldı, Rubin sülh bağladı (YENİLƏNİB)
Futbol üzrə Rusiya Premyer Liqasında 8-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışovun çıxış etdiyi “Rubin” bu tur “Amkar”la üz-üzə gəlib.
Oyun rəqib meydanında keçirilirdi. Həmyerlimizin komandası bu oyundan mütləq qalib ayrılmağı hədəfləsə də, istəyinə çata bilməyib və səkkizinci oyununda altıncı heç-heçə ilə barışmalı olub.
“Rubin”in baş məşqçisi Kurban Berdiyevin Ruslana bu dəfə şans verib-verməyəcəyi maraqla gözlənilirdi. Futbolçumuz həmişəki kimi, bu oyunu da da ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, “Rubin” geridə qalan 8 turda 12 xal toplaya bilib və 7-ci pillədə qərarlaşıb.
Rusiya Premyer Liqası
8-ci tur
15 sentyabr
Amkar - Rubin - 0:0
