15 sentyabr 2013 19:54
AZAL Qəbələyə uduzdu, Simurq qalib gəldi (YENİLƏNİB)
Bu gün Topaz Premyer Liqasında 6-cı tura yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günündə iki görüş keçirilib.
“Simurq” Qəbələdə “Sumqayıt”ı qəbul edib. Bu, Zaqatala klubunun stadionundakı təmir işlərinin hələ də başa çatmaması ilə bağlıdı. “Simurq” “Sumqayıt”la keçirdiyi indiyə qədərki altın oyunun hamısında qalib gəlmişdi. Bir xala belə həsrət qalan “Sumqayıt” bütün matçlarda minimal fərqlə uduzmuşdu. Bu dəfə də fərqlənmədi. Georgi Çixradzenin komandası növbəti qələbə sayəsində mövqeyini yaxşılaşdırdı.
Turun qapanış matçında isə AZAL “Qəbələ”ni qəbul edib. 3 ildir “Qəbələ”yə uduzmayan AZAL vahid lider olmaq üçün mütləq qələbə qazanmaq iddiasındaydı. Oyunda hesabı da məhz Vaqif Sadıqovun komandası açıb. Amma əzmkarlıq nümayiş etdiən qonaqlar qələbə qazanmağı bacarıblar. Qonaqlar 50-ci dəqiqədən etibarən azlıqda qalsalar da, "təyyarəçilər"ə bu da məğlubiyyətdən qurtulmaq üçün yetərli olmayıb.
Topaz Premyer Liqası
6-cı tur
15 sentyabr (bazar)
Simurq – Sumqayıt - 3:1 (3:0)
Qollar: S.Polyak, 22 (1:0), D.Çeran, 37 (2:0), S.Polyak, 41 (3:0), P.Fərcad-Azad, 90+2 (3:1)
Hakimlər: Rəhim Həsənov, Coşqun Həsənov, Akif Əmirəli, Ziya Nəsirov.
Qəbələ şəhər stadionu.
SİMURQ: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 4. Dilaver Zrnanoviç, 5. Anderson Oliveyra, 10. Rəşad Eyyubov, 11. Draqan Çeran, 15. Stepan Polyak, 18. Tural Axundov, 28. Nenad Kiso, 30. Raul Kostin, 77. Nicat Qurbanov.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 6. Taqim Novruzov, 7. Ruslan Poladov, 16. Məhərrəm Hüseynov, 17. Rüstəm Məmmədov, 19. Orxan Səfiyaroğlu, 22. Salif Ballo.
SUMQAYIT: 1. Anar Nəzirov, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov, 4. Samir Abasov (k), 7. Pərdis Fərcad-Azad, 8. Aqşin Muxtaroğlu, 10. Ruslan Qurbanov, 18. Aleksandr Çertoqanov, 21. Məhəmməd Mirzəbəyov, 27. Nurlan Novruzov, 86. Elşən Abdullayev.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 5. Kərim Diniyev, 15. Nodar Məmmədov, 17. Adil İbrahimov, 91. Vüqar Əsgərov, 92. Bəxtiyar Həsənalızadə.
AZAL – Qəbələ - 1:2 (1:2)
Qollar: C.Oluremi, 3 (1:0), V.Mendi, 8 (1:1), D.Subotiç, 31 (1:2)
Qırmızı vərəqə: A.Quluzadə, 50 (ikinci sarı vərəqə)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mehman Mahmudov, İnqilab Məmmədov.
Bakı. AZAL Arena.
AZAL: 12. Cahangir Həsənzadə (k), 3. Aleksandr Şemonayev, 4. Xose Junior Aylton, 8. Qərib İbrahimov, 10. Con Oluremi, 15. Oskar Klava, 17. Viktor İqbekoyi, 18. Samuel Barlay (30. Yuri Fomenko, 32), 20. Branislav Arsenyeviç, 22. Ruslan Tağızadə, 32. Vladimir Boqdanoviç.
Ehtiyat oyunçular: 1. Ruslan Məcidov, 2. Xuan Fransisko, 7. Cavid Tağıyev, 23. Tural Nərimanov, 28. Emin Cəfərquliyev, 30. Yuri Fomenko, 31. Şəhriyar Rəhimov.
QƏBƏLƏ: 25. Dieqo Kosta, 3. Nikola Valentiç, 4. Amit Quluzadə, 6. Vladimir Levin (k), 8. Nizami Hacıyev, 9. Viktor Mendi, 10. Dodo, 14. Lorenzo Ebesilio, 18. İbrahima Niasse, 31. Daniel Subotiç, 34. Ürfan Abbasov.
Ehtiyat oyunçular: 27. David Petrkeviç, 7. Tərzin Cahangirov, 11. Yannik Kamanan, 19. Abdulvahid Afolabi, 42. Leonardo da Silva, 84. Deyan Kelhar, 88. Müşfiq Teymurov.
Turun digər oyunları: Neftçi – İnter – 3:1, Rəvan – Qarabağ – 1:1, Xəzər Lənkəran – Bakı – 2:1.
| 1 | Qarabağ | 6 | 4 | 1 | 1 | 11 | 4 | +7 | 13 |
| 2 | Neftçi | 6 | 4 | 1 | 1 | 10 | 5 | +5 | 13 |
| 3 | Qəbələ | 6 | 4 | 0 | 2 | 10 | 7 | +3 | 12 |
| 4 | AZAL | 6 | 4 | 0 | 2 | 7 | 7 | 0 | 12 |
| 5 | Simurq | 6 | 3 | 1 | 2 | 7 | 6 | +1 | 10 |
| 6 | Bakı | 6 | 3 | 0 | 3 | 13 | 5 | +8 | 9 |
| 7 | XL | 6 | 1 | 3 | 2 | 3 | 6 | –3 | 6 |
| 8 | Sumqayıt | 6 | 1 | 1 | 4 | 5 | 12 | –7 | 4 |
| 9 | Rəvan | 6 | 1 | 1 | 4 | 3 | 15 | –12 | 4 |
| 10 | İnter | 6 | 1 | 0 | 5 | 11 | 13 | –2 | 3 |
Bombardirlər:
4 - Mindauqas Kalonas (Bakı).
3 - Cavid Hüseynov (Bakı), Bahodir Nasimov (Neftçi), Çumbinyo (Qarabağ), Viktor İqbekoyi (AZAL), Baçana Sxadadze (İnter), Vaqif Cavadov (İnter), Viktor Mendi (Qəbələ), Con Oluremi (AZAL), Stepan Polyak (Simurq).
