16 sentyabr 2013 00:01
Subaşiçin qolu Orduspora qələbə qazandırdı (YENİLƏNİB)
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 4-cü oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Branimir Subaşiçin çıxış etdiyi “Orduspor” klubu da bu gün növbəti matçına çıxıb.
Serb əsilli milliləşən futbolçumuzun komandası səfərdə “Karşıyaka” ilə qarşılaşıb. Görüş qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.
Subaşiçin bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Baş məşqçi Erkan Sözeri millimizin üzvünə bu oyunda da start heyətdə şans verib. O, bu oyunda qol hesabını da açmağa imkan tapıb. Məhz Subaşiçin vurduğu qol komandasına 3 xal qazandırıb. Oyunun ən yaxşılarından olan, daha bir neçə qol şansı olsa da, dəyərləndirə bilməyən millimizin üzvü 75-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, “Orduspor” hazırda 7 xalla 3-cü pillədə qərarlaşıb.
Türkiyə PTT Birinci Liqası
4-cü tur
15 sentyabr
Karşıyaka - Orduspor - 0:1
Qol: B.Subaşiç, 22.
