15 sentyabr 2013 23:00
Millimizin forvardı Eskişehirspor üzərində qələbəyə sevindi (YENİLƏNİB)
Futbol üzrə Türkiyə Super Liqasında 4-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, futbol üzrə Azərbaycan yığmasının hücumçusu Cihan Özkaranın komandası “Sivasspor” da bu gün növbəti matçına çıxıb.
Futbolçumuzun komandası evdə “Eskişehirspor”la üz-üzə gəlib. Görüş meydan sahiblərinin çətin qələbəsi ilə başa çatıb.
Cihanın bu oyunun iştirakçısı olub-olmayacağı maraqla gözlənilirdi. O, ilk dəqiqələrdən oyunu ehtiyat oyunçular skamyasından izləsə də, 90-cı dəqiqədə baş məşqçi Roberto Karlos futbolçumuz meydana buraxıb.
Əskişəhər klubuna məxsus olsa da, əsas komandanın baş məşqçisinin imtina etdiyi millimizin digər üzvü Ufuk Budak isə bu oyunda forma geyə bilməyəcək.
Qeyd edək ki, “Sivasspor” geridə qalan üç turda 6 xal toplayıb və hazırda 9-cu sıradadı.
Türkiyə Super Liqası
4-cü tur
15 sentyabr
Sivasspor - Eskişehirspor - 3:2
