15 sentyabr 2013 20:05
Kahramanmaraşspor Quliyevin yoxluğunda uduzdu (YENİLƏNİB)
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 4-cü oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçuların çıxış etdiyi “Kahramanmaraşspor” klubu da bu gün növbəti matçına çıxıb.
Azərbaycan millisinin sabiq hücumçusu Fərid Quliyev və Murad Axundzadənin heyətində yer aldığı bu komanda evdə “Adanaspor”la qarşılaşıb. Oyun qonaqların qələbəsiylə başa çatıb.
Futbolçularımızın bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Baş məşqçi Besim Durmuş Fəridlə Muradın heç birinin adını bu oyunun iştirak ərizəsinə daxil etməyib.
Qeyd edək ki, Quliyevlə Axundzadənin komandası hazırda cəmi 1 xal toplaya bilib və sonuncu pillədə qərarlaşıb.
Türkiyə PTT Birinci Liqası
4-cü tur
15 sentyabr
Kahramanmaraşspor - Adanaspor - 2:3
