14 sentyabr 2013 11:55
“Kamran Ağayevin Bakıda oynaması heç nəyi dəyişmir”
“Bakı”nın yarımmüdafiəçisi Lukas Mario Horvatın azerisport.az saytına müsahibəsi
- “Xəzər Lənkəran”la oyuna hazırlıqlar necə gedir?
- Bilirik ki, Lənkəranda oynamaq çətin olacaq. Ona görə də bütün diqqətimizi bu oyuna yönəltmişik. Cənublular evdə daha yaxşı oynayırlar. Amma biz qələbə qazanmaq istəyirik. Maksimum güc qoyacağıq ki, səfərdən üç xalla qayıdacağıq.
- “Xəzər Lənkəran” bu mövsüm qələbə qazana bilmir...
- Mənim fikrimcə, lənkəranlılar turnir cədvəlinin sonuncu pilləsində qərarlaşmağa layiq deyillər. Onların sadəcə bəxti gətirmir. Ona görə də onların bu vəziyyəti bizi aldatmamalıdı. Bu komanda evdə 90 dəqiqə hücum etməyi bacaran heyətə malikdi.
- “Xəzər Lənkəran”ın heyətində kimi xüsusi qeyd edərdiniz?
- Ad çəkmək istəmirəm. Amma mərakeşli futbolçuları (Zohair Benuahini nəzərdə tutur – azerisport.az) çox yaxşı təsir bağışlayır. Bu komanda qol vurmağı da bacarır. Müdafiəçilərimizə heç də asan olmayacaq.
- Bir vaxtlar “Xəzər Lənkəran”ın ən yaxşısı olan Kamran Ağayev indi sizin komandada çıxış edir...
- Kamran yaxşı futbolçudu. Amma bu, heç nəyi dəyişmir. Futbolçu karyerası belədi. Bu gün burda, sabah başqa klubdasan. Kamranın “Xəzər Lənkəran”da oynadığı dövrlə müqayisədə çox şey dəyişib.
- “Bakı” uğurlu seriyanı Lənkəranda davam etdirəcək gücdədi?
- Biz mövsüm ərəfəsində çox yaxşı hazırlıq keçsək də, ilk iki turda vacib xallar itirdik. Artıq yenidən xal itirməyə haqqımız yoxdu. “Bakı” çempion olmaq istəyir. Buna görə də qələbə qazanmağımız lazımdı.
- Biz mövsüm ərəfəsində çox yaxşı hazırlıq keçsək də, ilk iki turda vacib xallar itirdik. Artıq yenidən xal itirməyə haqqımız yoxdu. “Bakı” çempion olmaq istəyir. Buna görə də qələbə qazanmağımız lazımdı.
- Lənkəranlı azarkeşlərin sizə də “Neftçi”yə qarşı davrandığı kimi münasibət göstərməsindən ehtiyatlanmırsız?
- Buna inanmıram. Bizim klublarımız arasında elə prinsipiallıq yoxdu. Heç vaxt da elə problemlər olmayıb.
- Buna inanmıram. Bizim klublarımız arasında elə prinsipiallıq yoxdu. Heç vaxt da elə problemlər olmayıb.
