15 sentyabr 2013 00:46

“Son dəqiqələri yada salanda çox üzülürəm”

“Rəvan” Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində "Qarabağ” ilə qarşılaşdı. Azerisport.az xəbər verir ki, çempionata uğursuz başalayan bu komanda artıq yavaş-yavaş özünə gəldiyini bu görüşdə də sübut etdi.
 
Hər halda “aslanlar” ötən mövsümün gümüş medalçısı, Avropa Liqasında pley-off mərhələsinə qədər irəliləyən rəqiblə başabaş mübarizə apardı. Elə bunun nəticəsində də görüş heç-heçə başa çatdı. Özü də "Qarabağ” bərabərlik qolunu oyunun sonlarında vura bildi. “Rəvan”ın heyətində isə Sebastyan Kastro-Telyo fərqləndi. Cari mövsüm "Rəvan”ın rəqib qapılarından keçirdiyi bütün qollarda bilavasitə iştirak edən, başqa sözlə 2 qol vurub 1 məhsuldar ötürmə edən isveçli pleymeyker matçın 20-ci dəqiqəsində topu rəqib qapıçının ayaqları arasından tora göndərməyi bacardı.
 
Oyundan sonra Çili əsilli hücumameyilli yarımmüdafiəçi klubun rəsmi saytına danışıb. 26 yaşlı xavbek ilk öncə oyun haqda fikirlərini bölüşüb:
 
"Qarabağ”ın necə güclü kollektiv olduğunu hamı bilir. Ancaq biz görüşə çox yaxşı köklənmişdik. Oyunöncəsi tapşırıqları yaxşı dərk etdiyimizdən rəqiblə bərabər mübarizə apardıq. Düzdü, onların qol imkanları çox oldu. Ancaq əsas nəticədi. Bütün komanda yaxşı mübarizə apardığından sonda xalsız qalmadıq. Son dəqiqələrdə qol buraxdığımızı yada salanda çox üzülürəm. Qələbəyə çox yaxın idik. Hətta deyərdim ki, 2 xal itirdik, nəinki 1 xal qazandıq. Ancaq yenə də nəticə gələcək üçün nikbinlik vəd edir. Bu uğurlu nəticələrin ardını gətirməyə çalışacağıq”.
 
Qeyd olunduğu kimi, Seba komandasının vurduğu 3 qolun hamısında bilavasitə iştirak edib. "Qarabağ”la görüşdə cari çempionatda 2-ci qolunu vuran Kastro-Telyo bu məqama da münasibət bildirib:
 
"Nəticələrimə görə sevinirəm. Amma əsas olan şey komandanın qələbə qazanmasıdır. Düzdü, hər dəfə qol vurduqca, məhsuldar ötürmələr verdikcə özünəinamım xeyli artır. Bununla belə, komanda uğuru hər şeydən öndə gedir. Çalışacağıq ki, növbəti oyunlarda da ən azı bu matçda olduğu kimi mübarizə aparaq. Belədə nəticə də özü gələcək. Artıq yeni futbolçular komandaya demək olar, tam uyğunlaşıb. Tədricən hər şey qaydasına düşəcək. Hər yeni oyunda daha yaxşı oynayırıq. Ümid edirəm ki, bu davamlı olacaq və öz oyunumuzu tapdıqdan sonra yüksək yerlər uğrunda mübarizəyə qoşulacağıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.