15 sentyabr 2013 01:24
Simurq Qəbələdə son məşqə çıxdı
Topaz Premyer Liqasının 6-cı turunda "Sumqayıt"ı qonaq edəcək “Simurq” artıq hazırlıqları tamamlayıb. Azerisport.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçiriləcək matç üçün çalışmalarını davam etdirən Zaqatala klubu ötən gün qarşılaşmanın oynanılacağı meydanda son məşqinə çıxıb.
Bir saatdan artıq davam edən hazırlıqdan sonra Georgi Çixradzenin yetirmələri istirahətə çəkilərək, oyunun başlama saatını gözləməyə başlayıb.
Qeyd edək ki, “Simurq” – “Sumqayıt” oyunu bu gün saat 17:00-da start götürcək. Qarşılaşmanın baş hakimi Rəhim Həsənov olacaq.
