15 sentyabr 2013 18:01

Heç-heçəsiz oyunlar seriyası qırıldı

Keçirdiyi son 25 qarşılaşmada bərabərliklə barışmayan “Rəvan”ın seriyası Topaz Premyer Liqasının 6-cı turunda qırılıb. Azerisport.az xəbər verir ki, “Qarabağ”la oyundan 1:1 hesablı “sülh”lə ayrılan bakılılar mövsümün 6-cı görüşündə ilk heç-heçəsini edib.
 
“Rəvan” sonuncu dəfə ötən mövsümün 11-ci turunda, oktyabrın 31-də “Turan”la bərabərə qalmışdı – 2:2. Bundan sonra nəticəsi ləğv olunan və texniki hesabın qeydə alındığı görüş sayılmamaqla bakılılar mövsümün son 20 matçında ya udub, ya uduzub. Ötən il noyabrın 4-də “Xəzər Lənkəran”la matçda (0:4) başlayan 25 oyunluq seriyada son matç avqustun 31-də “Sumqayıt”la səfər görüşü (1:0) idi. 
 
317 gündən sonra bərabərlik edən “Rəvan” Azərbaycan çempionatlarının tarixində 7-ci nəticəyə imza atıb.
 
Belə ki, “Şəfa” 51, “Gənclərbirliyi” 32, “Turan” 28, “Kür-Nur” 27, “Neftçi” və “Şirvan” (Şamaxı) 26 oyunluq seriya ilə “Rəvan”dan öndədir. 7-ci nəticəyə şərik olan “Rəvan” kimi “Avey” və “Xəzər” (Sumqayıt) də 25 matçlıq seriyaya malikdir.
 
Mütləq rekordun sahibi olan “Şəfa” hələ Azərbaycanın U-18 yığması kimi çempionata qatıldığı vaxt 51 ardıcıl görüşdə heç-heçə etməyib. 1996-cı il noyabrın 3-də Neftçalada “Pambıqçı” ilə 1:1 hesablı heç-heçə edən yığma 1996/97 mövsümünün yerdə qalan hissəsi və 1997/98 mövsümündə heç-heçə etməyib. 1998/99 mövsümünün əvvəllərində - 1998-ci il sentyabrın 23-də onlar OİK-lə qolsuz bərabərə qalıb. (PFL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.