15 sentyabr 2013 20:09
“İlk hissədə müdafiədə zəif oynadıq”
“Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Liqasının 6-cı turunun “Simurq”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 1:3 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“İlk hissədə müdafiədə zəif oynadıq. İkinci hissədə isə daha yaxşı oynadıq. Bərabər oyun getdi. Səhvlərimiz üzərində işləyəcəyik”.
