15 sentyabr 2013 20:18
“Çempionatda asan oyun yoxdu”
“Simurq”un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 6-cı turunun “Sumqayıt”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala təmsilçisinin gürcü çalışdırıcısı 3:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Çempionatda asan oyun yoxdu. Bugünkü oyunun ilk hissəsində üç qol vurduq. İkinci hissədə də pis oynamadıq. Azarkeşlərimizə təşəkkürümü bildirirəm, sona qədər bizə dəstək oldular. Qələbəyə görə komandaya minnətdaram”.
