15 sentyabr 2013 20:27
“Qəbələ elə komanda deyil ki, AZAL-a onu 6 xal qabaqlamağa imkan versin”
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Topaz Premyer Liqasının 6-cı turunun “Qəbələ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı 1:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Hər iki komanda üçün vacib oyun idi. Bizim üçün həlledici oyun idi. “Qəbələ” elə komanda deyil ki, AZAL-a onu 6 xal qabaqlamağa imkan versin. Çempionatdakı fasilə zamanı daha çox standart vəziyyətlər üzərində çalışmışdıq. Rəqibin hücum xətti çox güclüdü. Hətta azlıqda qalandan sonra da biz bundan istifadə edə bilmədik. Erkən qol vurub, qapımızda iki top gördük. Artıq “Xəzər Lənkəran”la oyuna hazırlaşacağıq”.
