15 sentyabr 2013 20:32
Yuri Syomin: Fasilədən sonra əksər hallarda oyunlar çətin olur
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin Topaz Premyer Liqasının 6-cı turunun AZAL ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Qəbələ təmsilçisinin rusiyalı çalışdırıcısı 2:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Fasilədən sonra əksər hallarda oyunlar çətin olur. Rəqibimiz yaxşı komandadı. Hücumdan müdafiəyə və əksinə çox sürətlə keçirlər. Qələbə qazandığımız üçün şadam”.
