16 sentyabr 2013 00:14
Xəzər Lənkəran ilə Rəvan dirçəlir, İnter isə...
Topaz Premyer Liqasında daha bir tur arxada qaldı. Azerisport.az xəbər verir ki, 6-cı turun oyunları bu mövsüm ilk dəfə dörd gün ərzində baş tutdu.
Turun açılış matçında iki paytaxt klubu – son çempion “Neftçi” və “İnter” üz-üzə gəldi. Tərlan Əhmədovun ümidinə qalan “ağ-qaralar” son iki turda uğursuzluqla üzləşirdi. Xüsusilə “Bakı”ya 3 cavabsız qolla məğlubiyyət bu komanda üçün ciddi zərbə kimi dəyərləndirilirdi. “İnter” isə geridə qalan oyunlarından yalnız birində qalib gəldiyi halda bütün görüşlərini məğlubiyyətlə başa vurmuşdu. “Bankirlər” bu dəfə də eyni aqibəti yaşadılar. 4 qolun vurulduğu paytaxt derbisində qələbə meydan sahiblərinə qismət oldu. Nəticədə “Neftçi” müvəqqəti də olsa, liderliyi ələ keçirdi.
Mövsümə çox uğursuz start verən daha bir komanda - “Rəvan” lider “Qarabağ”ı qəbul etdi. Cari mövsüm ev oyunlarında qələbəyə həsrət olan paytaxt klubu 3-cü cəhdində uğursuzluğa son qoymaq niyyətindəydi. Qurban Qurbanovun komandası isə son turda gözlənilmədən AZAL ilə görüşdə məğlubiyyətlə üzləşdiyindən növbəti dəfə eyni aqibəti yaşamamağı hədəfləmişdi. Amma Ağdam klubu bu dəfə də xal itirdi. Özü də qonaqlar məğlubiyyətdən son dəqiqələrdə yaxa qurtara bildilər. Matçdan sonra Qurban Qurbanovun ənənəvi olaraq yığmadan qayıdan futbolçuların yorğunluğundan şikayətlənməsində müəyyən qədər haqlı olduğunu da qeyd etmək lazımdı.
Cari mövsüm işləri heç də yaxşı getməyən komandalardan daha biri - “Xəzər Lənkəran” doğma divarlar arasında “Bakı” ilə münasibətlərinə aydınlıq gətirdi. Paytaxt klubu ilk iki turdakı məğlubiyyətlərin ardından qələbələri sıralamaqdaydı. Cənublular isə cəmi üç heç-heçə sayəsində topladıqları 3 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşmışdılar. Bu oyunda da hesabı məhz qonaqlar açdılar. Amma sonradan daha əzmkar oyun sərgiləyən meydan sahibləri Etame Mbillanın dublu sayəsində bu mövsüm ilk qələbəsini qazandılar. İndi Con Toşakın komandasının bu qələbədən sonra uğursuzluq zolağından çıxmağı nə dərəcədə bacardığını qarşıdakı oyunlar göstərəcək.
Son oyun günündə “Simurq” Qəbələdə “Sumqayıt”ı qəbul etdi. Bu, Zaqatala klubunun stadionundakı təmir işlərinin hələ də başa çatmaması ilə bağlı idi. “Simurq” “Sumqayıt”la keçirdiyi indiyə qədərki altın oyunun hamısında qalib gəlmişdi. Bir xala belə həsrət qalan “Sumqayıt” bütün matçlarda minimal fərqlə uduzmuşdu. Bu üzdən də Aqil Məmmədovun komandası uğursuz gedişata son qoymağı hədəfləmişdi. Amma bu oyun da əvvəlkilərdən fərqlənmədi. Georgi Çixradzenin komandası növbəti qələbə sayəsində mövqeyini yaxşılaşdırdı. Sumqayıt təmsilçisi isə sadəcə təsəlli qolunu vurmaqla kifayətləndi.
Turun qapanış matçında isə AZAL “Qəbələ”ni qəbul etdi. 3 ildir “Qəbələ”yə uduzmayan AZAL vahid lider olmaq üçün mütləq qələbə qazanmaq iddiasındaydı. Oyunda hesabı da məhz Vaqif Sadıqovun komandası açdı. Amma əzmkarlıq nümayiş etdiən qonaqlar qələbə qazanmağı bacardılar. Qonaqlar 50-ci dəqiqədən etibarən azlıqda qalsalar da, "təyyarəçilər"ə bu da məğlubiyyətdən qurtulmaq üçün yetərli olmadı.
Topaz Premyer Liqası
6-cı tur
12 sentyabr
Neftçi – İnter – 3:1
Qollar: Araz Abdullayev, 14, Karlos Kardoso, 21, Melvin Platye, 45+1-pen - Vaqif Cavadov, 67.
Sarı vərəqələr: Bruno Bertuççi, 35 (qeyri-idman hərəkəti); 83 (qeyri-idman hərəkəti); Cavid İmamverdiyev, 51 (qeyri-idman hərəkəti); Erik Ramos, 90+1 (qeyri-idman hərəkəti) - Paulo de Souza, 32 (hakimin qərarına etiraz); Abdulla Abatsiyev, 54 (qeyri-idman hərəkəti); 83 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqələr: Bruno Bertuççi, 83 - Abdulla Abatsiyev, 83.
Hakimlər: Vüsal Əliyev, Elman Musayev, Namiq Hüseynov, Namiq Bəkirov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Murad Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
12 sentyabr 2013. Bakı. “Bakcell Arena”. 1500 tamaşaçı.
Neftçi: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 3. Denis Silva, 6. Rəşad Sadiqov (k), 9. Flavinyo, 10. Cavid İmamverdiyev (19. Mirhüseyn Seyidov, 69), 11. Melvin Platye (90. Ernest Nfor, 73), 15. Erik Ramos, 22. Mahir Şükürov, 7. Araz Abdullayev (4. Tərlan Quliyev, 88), 16. Bruno Bertuççi.
Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 5. İqor Mitrseki, 14. Bahodir Nasimov, 28. Emin Mehdiyev.
Məşqçi: Tərlan Əhmədov.
İnter: 25. Səlahət Ağayev, 4. İvan Benites, 5. Slavço Georgiyevski, 7. Ruslan Əmircanov, 9. Aleksandr İaşvili (22. İlço Naumoski, 89), 11. Asif Məmmədov (19. Sezar Meza Kolli, 60), 14. İlqar Ələkbərov, 33. Matiya Spiçiç, 44. Joao Paulo de Souza, 70. Vaqif Cavadov (k), 88. Derlis Meza Kolli (47. Abdulla Abatsiyev, 46).
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 6. Samir Zərgərov, 21. Arif Daşdəmirov, 64. Elhad Nəziri.
Baş məşqçi: Kaxaber Sxadadze.
Rəvan – Qarabağ – 1:1
Qollar: Sebastyan Kastro-Tello, 20 - Corc Leroy, 88.
Sarı vərəqələr: Xuan Manuel Varea, 45 (sistematik qayda pozuntusu); Ceyhun Cavadov, 90+6 (qeyri-idman hərəkəti) - Bədavi Hüseynov, 50 (qeyri-idman hərəkəti).
Hakimlər: Səbayel Qurbanova, Azər Əsgərov, Mübariz Haşımov, Ömər Paşayev.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Əli Hüseynov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 5 dəq.
13 sentyabr 2013. Bakı. “Bayıl Arena” stadionu. 300 tamaşaçı.
Rəvan: 1. Lukaş Sapela, 5. Aqil Nəbiyev, 9. Elnur Abdulov (27. Rəşad Abdullayev, 90+1), 10. Sebastyan Kastro-Tello (11. Kamil Nurəhmədov, 82), 14. Xuan Manuel Varea, 19. Hüseyn Axundov, 20. Miloş Adamoviç, 21. Novruz Məmmədov (k), 30. Cəmşid Məhərrəmov, 38. İvan Pexa, 40. Mişel Balokoq (6. Ceyhun Cavadov, 76).
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 8. Frederik Holster, 29. Əziz Quliyev, 33. Sahib Savankulov.
Baş məşqçi: Vladislav Qədirov.
Qarabağ: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 9. Reynaldo Silva, 14. Rəşad Sadıqov (k), 16. Corc Leroy, 17. Vüqar Nadirov (88. Ulrix Kapolonqo, 66), 18. İlqar Qurbanov (5. Maksim Medvedev, 81), 20. Riçard Almeyda (11. Nikolas Gelaşvili, 72), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 70. Çumbinyo.
Ehtiyat oyunçular: 89. Miro Varvodiç, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 10. Muarem Muarem.
Baş məşqçi: Qurban Qurbanov.
Xəzər Lənkəran – Bakı – 2:1
Qollar: Etame Mbilla, 27; 47 - Mindauqas Kalonas, 8.
İstifadə olunmamış penalti: Junior Nildo, 31 (qapıçı).
Sarı vərəqələr: Ağabala Ramazanov, 71 (qeyri-idman hərəkəti); Nikola Qliqorov, 83 (qeyri-idman hərəkəti); Franko Nildo, 90+2 (qeyri-idman hərəkəti) - Əfran İsmayılov, 26 (bilərəkdən əllə oyun); Etto, 31 (qeyri-idman hərəkəti); Rauf Əliyev, 43 (simulyasiya); Pedro Mario Alvares, 46 (qeyri-idman hərəkəti); Ruben Qonsales, 81 (qeyri-idman hərəkəti).
Hakimlər: Ramil Diniyev, Rza Məmmədov, Elşən Acalov, Teymur Fərhadov.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Kərim Ağayev.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 5 dəq.
14 sentyabr 2013. Lənkəran şəhər mərkəzi stadionu. 7100 tamaşaçı.
Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 6. Rasim Ramaldanov, 10. Elnur Abdullayev, 11. Zohair Benuahi (55. Ağabala Ramazanov, 68), 12. Franko Nildo, 14. Rahid Əmirquliyev (k), 20. Etame Mbilla (7. Sadio Tounkara, 64), 22. Deyvid Sakkoni (23. Nikola Qliqorov, 80), 27. Adrian Skarlatake.
Ehtiyat oyunçular: 33. Duqlas Leyte, 8. Edu Oriol, 18. Tural Cəlilov, 21. Radomir Todorov.
Baş məşqçi: Con Toşak.
Bakı: 29. Kamran Ağayev (k), 3. Yure Travner, 4. Pedro Mario Alvares, 5. Ruben Qonsales, 6. Vadim Abdullayev, 7. Əfran İsmayılov (27. Rəhman Hacıyev, 85), 11. Rauf Əliyev, 12. Etto, 20. Mindauqas Kalonas (19. Marius Pena, 80), 21. Elvin Məmmədov (10. Aleksandar Soliç, 57), 23. Lukas Mario Horvat.
Ehtiyat oyunçular: 13. Edin Nuredinoski, 2. Deyvidas Çesnauski, 24. Georgios Pelagios, 31. Vüqar Mustafayev.
Baş məşqçi: Milinko Pantiç.
Simurq – Sumqayıt – 3:1
Qollar: Stepan Polyak, 21; 40, Draqan Çeran, 36 - Pərdis Fərcad-Azad, 90+2.
Sarı vərəqələr: İlkin Qırtımov, 69 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə); Salif Ballo, 82 (sistematik qayda pozuntusu) - Samir Abasov, 52 (rəqibi tutduğuna görə); Slavik Alxasov, 64 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə).
Hakimlər: Rəhim Həsənov, Coşqun Həsənov, Akif Əmirəli, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Səfər Haşımov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
15 sentyabr 2013. Qəbələ şəhər stadionu. 150 tamaşaçı
Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 4. Dilaver Zrnanoviç, 5. Anderson Oliveyra, 10. Rəşad Eyyubov , 11. Draqan Çeran (22. Salif Ballo, 76), 15. Stepan Polyak (6. Taqim Novruzov, 66), 18. Tural Axundov, 28. Nenad Kiso, 30. Raul Kostin, 77. Nicat Qurbanov (16. Məhərrəm Hüseynov, 73).
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 7. Ruslan Poladov, 17. Rüstəm Məmmədov, 19. Orxan Səfiyaroğlu.
Baş məşqçi: Georgi Çixradze.
Sumqayıt: 1. Anar Nəzirov, 2. Slavik Alxasov (5. Kərim Diniyev, 80), 3. Vurğun Hüseynov (17. Adil İbrahimov, 46), 4. Samir Abasov (k), 7. Pərdis Fərcad-Azad, 8. Aqşin Muxtaroğlu, 10. Ruslan Qurbanov (91. Vüqar Əsgərov, 46), 18. Aleksandr Çertoqanov, 21. Məhəmməd Mirzəbəyov, 27. Nurlan Novruzov, 86. Elşən Abdullayev.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 15. Nodar Məmmədov, 92. Bəxtiyar Həsənalızadə.
Baş məşqçi: Aqil Məmmədov.
AZAL – Qəbələ - 1:2
Qollar: Con Oluremi, 3 - Viktor Mendi, 9, Daniel Subotiç, 31.
Sarı vərəqələr: Samuel Barlay, 19 (qeyri-idman hərəkəti); Oskar Klava, 46 (qeyri-idman hərəkəti); Ruslan Tağızadə, 55 (qeyri-idman hərəkəti); Aleksandr Şemonayev, 80 (qeyri-idman hərəkəti); Vladimir Boqdanoviç, 90+3 (qeyri-idman hərəkəti) - Amit Quluzadə, 22 (qeyri-idman hərəkəti); 50 (qeyri-idman hərəkəti); Daniel Subotiç, 89 (sistematik qayda pozuntusu); Lorenzo Ebesilio, 90+4 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Amit Quluzadə, 50 (qeyri-idman hərəkəti).
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mehman Mahmudov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 4 dəq.
15 sentyabr 2013. Bakı. AZAL Arena stadionu. 1500 tamaşaçı.
AZAL: 12. Cahangir Həsənzadə (k), 3. Aleksandr Şemonayev, 4. Xose Junior Aylton (23. Tural Nərimanov, 57), 8. Qərib İbrahimov, 10. Con Oluremi, 15. Oskar Klava, 17. Viktor İqbekoyi, 18. Samuel Barlay (30. Yuri Fomenko, 32), 20. Branislav Arsenyeviç, 22. Ruslan Tağızadə (7. Cavid Tağıyev, 68), 32. Vladimir Boqdanoviç.
Ehtiyat oyunçular: 1. Ruslan Məcidov, 2. Xuan Fransisko, 28. Emin Cəfərquliyev, 31. Şəhriyar Rəhimov.
Baş məşqçi: Vaqif Sadıqov.
Qəbələ: 25. Dieqo Kosta, 3. Nikola Valentiç, 4. Amit Quluzadə, 6. Vladimir Levin (k), 8. Nizami Hacıyev (7. Tərzin Cahangirov, 57), 9. Viktor Mendi (19. Abdulvahid Afolabi, 72), 10. Dodo, 14. Lorenzo Ebesilio (84. Deyan Kelhar, 90+4), 18. İbrahima Niasse, 31. Daniel Subotiç, 34. Ürfan Abbasov.
Ehtiyat oyunçular: 27. David Petrkeviç, 11. Yannik Kamanan, 42. Leonardo da Silva, 88. Müşfiq Teymurov.
Baş məşqçi: Yuri Syomin.
| 1 | Qarabağ | 6 | 4 | 1 | 1 | 11 | 4 | +7 | 13 |
| 2 | Neftçi | 6 | 4 | 1 | 1 | 10 | 5 | +5 | 13 |
| 3 | Qəbələ | 6 | 4 | 0 | 2 | 10 | 7 | +3 | 12 |
| 4 | AZAL | 6 | 4 | 0 | 2 | 7 | 7 | 0 | 12 |
| 5 | Simurq | 6 | 3 | 1 | 2 | 7 | 6 | +1 | 10 |
| 6 | Bakı | 6 | 3 | 0 | 3 | 13 | 5 | +8 | 9 |
| 7 | XL | 6 | 1 | 3 | 2 | 3 | 6 | –3 | 6 |
| 8 | Sumqayıt | 6 | 1 | 1 | 4 | 5 | 12 | –7 | 4 |
| 9 | Rəvan | 6 | 1 | 1 | 4 | 3 | 15 | –12 | 4 |
| 10 | İnter | 6 | 1 | 0 | 5 | 11 | 13 | –2 | 3 |
Bombardirlər:
4 - Mindauqas Kalonas (Bakı).
3 - Cavid Hüseynov (Bakı), Bahodir Nasimov (Neftçi), Çumbinyo (Qarabağ), Viktor İqbekoyi (AZAL), Baçana Sxadadze (İnter), Vaqif Cavadov (İnter), Viktor Mendi (Qəbələ), Con Oluremi (AZAL), Stepan Polyak (Simurq).
