16 sentyabr 2013 00:26

Futbolçularımız baş məşqçisiz qaldılar

Türkiyənin “Kahramanmaraşspor” klubu baş məşqçisiz qalıb. Azerisport.az xəbər verir ki, PTT Birinci Liqada çıxış edən sözügedən komandanın çalışdırıcısı Besim Durmuş ötən gün istefa verib.
 
O, 4-cü turun “Adanaspor”la oyunundan sonra istefa verib. 2:3 hesablı yenilgidən sonrakı bu qərar rəhbərlik tərəfindən də qəbul olunub.
 
Qeyd edək ki, “Kahramanmaraşspor” geridə qalan dörd turda 3 oyunu məğlub başa vurub. Yalnız bir oyunda heç-heçə edən bu komanda topladığı 1 xalla 19 klub arasında sonuncu pillədə qərarlaşıb.
 
Maraq üçün bildirək ki, “Kahramanmaraşspor”da futbol üzrə Azərbaycan yığmasının sabiq hücumçusu Fərid Quliyevlə Murad Axundzadə də çıxış edir. Onları bu komandaya məhz Besim Durmuş aparsa da, Murada ümumiyyətlə heç bir matçda şans verməyib. Əvvəlki görüşlərdə son dəqiqələrdə meydana çıxan Fərid də “Adanaspor”la qarşılaşmanın iştirak ərizəsində yer almamışdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.