15 sentyabr 2013 12:45
Yunanıstanlı forvard Premyer Liqamızda çıxış edə bilər (FOTO)
Yunanıstanlı hücumçu Leonidas Kivelidis karyerasını Azərbaycanda davam etdirə bilər. Azerisport.az xəbər verir ki, belə bir iddia ilə Yunanıstan mətbuatı çıxış edib.
Məlumatda bildirilir ki, 27 yaşlı forvard yenicə yollarını ayırdığı “Kerkira”nı tərk edəndən sonra azad agentə çevrilib. Bu üzdən də o, istədiyi komanda keçə bilər. Onunla Azərbaycan klublarından birinin yaxından maraqlandığı iddia olunur. Adı çəkilməyən klubumuzun etdiyi sərfəli təklifi futbolçunun özü də bəyənib və böyük ethimalla Kivelidisi Premyer Liqamızda görə bilərik.
Qeyd edək ki, Qazaxıstan əsilli yunan futbolçu karyerası boyunca “Pierikos”, “Egaleo”, “Chaidari”, “Panachaiki”, “Doxa Drama”, “Panthrakikos” kimi klublarda da top qovub.
