15 sentyabr 2013 13:45
Bakı üzərindəki qələbə Xəzər Lənkərana istirahət qazandırdı
Premyer Liqanın 6-cı turunda “Fırtınalar meydanı”nda “Bakı”nı 2:1 hesabı ilə məğlub edən “Xəzər Lənkəran” bir günlük sərbəst buraxılıb. Azerisport.az xəbər verir ki, bu gün istirahət edəcək cənublular sabah yenidən bir araya gələcək.
“Xəzər Lənkəran” sabah saat 10:00-da ehtiyat meydançada məşqə çıxacaq. Bununla da komanda AZAL ilə növbəti oyunun hazırlıqlarına start vermiş olacaq.
Qeyd edək ki, Con Toşakın komandası Premyer Liqanın 7-ci turunda sentyabrın 22-də səfərdə AZAL-la qarşılaşacaq. (12-ci oyunçu)
