15 sentyabr 2013 14:59
“İstənilən rəqiblə mübarizə aparmağa hazırıq”
AZAL-ın müdafiəçisi Branislav Arsenyeviçin azerisport.az saytına müsahibəsi
- Premyer Liqanın növbəti turunda sizi “Qəbələ” ilə oyun gözləyir. Bu oyunla bağlı nə deyə bilərsiz?
- “Qəbələ” mövsümə əla start verib. Onlar hər oyunda maksimum güc qoyurlar və güclü rəqiblərə qalib gəliblər. Məsələn, “Xəzər Lənkəran” üzərindəki qələbələri çox şeydən xəbər verir. Bizi çətin oyun gözləyir.

- AZAL da ötən tur “Qarabağ”a qalib gəlib. Belə bir qələbə “Qəbələ” ilə oyun öncəsi arxayınlıq yaratmır ki?
- “Qarabağ” üzərindəki qələbədən dərhal sonra “Qəbələ” ilə görüşə kökləndik. Bu oyunda da üç xal qazanmaq istəyirik. Çünki komandamızın mövsümün gedişindəki taleyi məhz bu cür görüşlərdən asılıdı. İddialı rəqiblərimizə qalib gəlməliyik ki, turnir cədvəlində daha üst pillələrdə yer ala bilək. Ona görə də motivasiya baxımından problem yoxdu. Əlbəttə, hələ 6-cı turdu, qarşıda çoxlu oyunlar var. Amma AZAL bu oyunda “Qəbələ”ni məyus yola salmaq istəyir.

- Beşinci turda ələ keçirdiyiniz liderliyi qoruya biləcəksiz?
- Mehriban kollektivimiz var. Hər bir oyuna xüsusi hazırlaşırıq. Hər şeyin necə nəticələnəcəyini indidən söyləyə bilmərəm. Amma bizim hədəfimiz hər oyundan qalib ayrılmaqdı. “Qarabağ”la oyuna necə hazırlaşmışdıqsa, elə də davam edirik. Proqnoz verməyi sevmirəm. Amma komandamızın potensialı yaxşı nəticəyə ümid etməyə əsas verir. Əsas arxayınlaşmamaqdı.

- AZAL-ın “Qarabağ” üzərindəki qələbəsini çoxları gözləmirdi...
- Biz başa düşürdük ki, Azərbaycanın ən güclü klubuna qarşı oynamaq çətin olacaq. Ağdamlıların Avropa Liqasındakı çıxışı da göstərdi ki, bu komanda yüksəlişdədi. Amma biz onlara qarşı layiqli oynadıq, çoxlu pressinq tətbiq etdik və lazım olan qolu da vurduq. Bundan sonra isə bizə müdafiədə etibarlı oynamaq lazım idi ki, bunu da bacardıq.
- Həmin gün bəxtin də sizin tərəfinizdə olduğunu demək olar?
- İdmanda bunsuz mümkün deyil. Qələbəmizi necə qiymətləndirdiyinizi bilmirəm. Amma rəqibimizin həmin oyunda elə də çoxlu qol imkanları olmadı. “Qarabağ” yalnız son 15 dəqiqədə nəsə etdi. Sadəcə, biz onların qol vurmasına imkan vermədik. Biz bu komandanı yaxşı analiz etmişdik. Avropa Liqasındakı oyunlarını izləmişdik. Onu da qeyd etmək lazımdı ki, bu mövsüm “Qarabağ”ın çox yaxşı heyəti var. Məsələn, Çumbinyo, Reynaldo və digərlərinə qarşı oynamaq çox çətindi. Komandada oyunun taleyini təkbaşına həll edə biləcək futbolçular yetərincədi. Əgər biz belə bir komandaya qalib gəldiksə, deməli, yaxşı oynamışıq. Bu qələbə həm də onu göstərdi ki, AZAL istənilən rəqiblə mübarizə aparmağa hazırdı.