16 sentyabr 2013 18:17

Xəzər Lənkəran üçün 400-cü qol

Topaz Premyer Liqasının 6-cı turunun “Bakı” ilə ev oyunu (2:1) “Xəzər Lənkəran” üçün əlamətdar olub. Azerisport.az xəbər verir ki, qarşılaşmanın 27-ci dəqiqəsində hesabı bərabərləşdirən Mbilla Etame komandanın milli çempionatlarda 400-cü qolunu vurub.
 
2004-cü ildə yaranan, elə həmin il Premyer Liqada debüt edən “ağ-yaşıllar” yubiley qolunu 27-ci qarşılaşmasında vurub. Bundan əvvəlki 4 görüşdə rəqib qapısına yol tapa bilməyən komanda Topaz Premyer Liqasının ilk turundan sonrakı qol həsrətini “400”ə çatmaqla qırıb.
 
Belə ki, avqustun 4-də “Sumqayıt”la səfər qarşılaşmasında fərqlənən Junior Nildodan sonra komanda çempionatda azarkeşlərinə qol sevinci yaşatmamışdı. 41 gündən sonra vurulan qol isə həm yubiley, həm də ilk xarakteri daşıdı.
 
Kamerunlu forvard bir aydan çox çəkən qolsuz seriyaya son qoydu. “Xəzər Lənkəran”da qol hesabını açan Mbilla klub tarixində qol sevinci yaşayan 83-cü, bunu çempionatda reallaşdıran 76-cı futbolçu olub. Bu oyunçulardan başqa rəqiblərin də öz qapısına qol vurmaqları qeydə alınıb. İkinci hissədə Mbilla 2-ci dəfə fərqlənməklə klub tarixində çempionat qollarının sayını 401-ə də çatdırmağa nail oldu.
 
Bu qollardan 230-u evdə, 170-i səfərdə, 1-i isə “Qızıl oyun”un keçirildiyi neytral meydanda – Gəncədə vurulub.
 
Etame “Xəzər Lənkəran”ın heyətində dubl müəllifi olan 36-cı futbolçu kimi tarixə düşdü. Bu dubl klub tarixində ümumilikdə 67-ci belə hadisədir. Sonuncu belə dubl martın 3-də, ötən çempionatın 23-cü turunun “Sumqayıt”la oyununda qeydə alınmışdı. Roberto Alviz 2 penaltini dəqiq yerinə yetirməklə dubl rəsmiləşdirmişdi.
 
Elnur Abdullayevin ifasında 300-cü qol da Lənkəranda vurulmuşdu.
 
Çempionatdakı yubiley qolları
 
1. 07.08.2004 “Turan” – “Xəzər Lənkəran” – 1:1 Çöri İlir, 26
50. 03.05.2005 “Xəzər Lənkəran” – “Ədliyyə” – 6:1 Martin Stankov, 36
100. 29.09.2006 “Gənclərbirliyi” – Xəzər Lənkəran“ – 0:3 İlqar Qurbanov, 8
150. 02.09.2007 ABN – “Xəzər Lənkəran” – 0:4 Zaur Ramazanov, 14-p.
200. 26.09.2008 MOİK - “Xəzər Lənkəran” – 0:4 İvan Svetkov, 34-p.
250. 29.11.2009 “Bakı” - “Xəzər Lənkəran” – 0:3 İvan Svetkov, 57-p.
300. 20.02.2010 “Xəzər Lənkəran” – AZAL – 2:1 Elnur Abdullayev, 45+2
350. 01.04.2012 “Xəzər Lənkəran” – “İnter” – 2:0 Eder Bonfim, 90+2
400. 14.09.2013. “Xəzər Lənkəran” – “Bakı” – 2:1 Etame Mbilla, 27
 
Qeyd edək ki, texniki qələbə üçün verilən 3:0 hesablı nəticə top sayında nəzərə alınmır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.