16 sentyabr 2013 19:09

Eddi İsrafilov Azərbaycan yığmasında oynamaq istəyir

İspaniyanın “Real Mursiya” klubunun yarımmüdafiəçisi Eddi İsrafilov Azərbaycan yığması ilə bağlı fikrini dəyişib. Azerisport.az xəbər verir ki, o, millimizin heyətində oynamaq istəyir.
 
Bu barədə İspaniya mətbuatı məlumat yayıb. “ZoomNews” portalının yazdığına görə o, millimizdən alacağı təklifi qəbul etməyə hazırdı: “Gözlənildiyi kimi, Eddi öz seçimini Azərbaycan yığmasının xeyrinə etdi. Ötən mövsüm onu anasının vətəni olan bu ölkənin yığmasına çağırsalar da, İsrafilov bu təklifdən “Real Mursiya”nın ikinci diviziona düşmək təhlükəsi olması səbəbindən imtina etmişdi. Onun komandası Sequndadakı yerini qoruduğu üçün Eddi indi Azərbaycan yığmasında çıxış etməyi hədəfləyir”.
 
Yazıda həmçinin 21 yaşlı yarımmüdafiəçinin artırdığı da bildirilir: “Bir qədər də artıracağı halda, o, komandanın aparıcı futbolçusuna çevriləcək. İspaniya klubları ilə yanaşı bir sıra xarici klublar da Eddiyə böyük maraq göstərirlər. Amma o, “Real Mursiya”da qalmaq arzusunda olduğunu bildirib”.

Qeyd edək ki, İsrafilov bu mövsüm “Real Mursiya”nın ilk dörd oyununun hamısında start heyətdə meydana çıxıb. “Rekreativo”ya 2:3 hesabıyla uduzan bu komanda “Malyorka”ya 4:2, “Deportivo”ya 1:0 hesabıyla qalib gəlib. “Ponferradino” ilə görüşdə isə sülh qeydə alınıb – 2:2. 5-ci turun “Alaves”lə oyununda (2:1) isə İsrafilov ehtiyatda qalıb.
 
Qeyd edək ki, AFFA İsrafilovla maraqlandığını bəyan etsə də, sonradan Eddinin millimizdə oynamaq üçün 500 min avro istəməsini bildirərək, ondan imtina etmişdi. Baxmayaraq ki, futbolçu sonradan bunu təkzib etmiş, imtinasının səbəbinin yalnız komandasının ağır oyunlarının olması ilə əlaqələndirmişdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.