16 sentyabr 2013 11:56

Subotiç: Qollarımı davam etdirəcəyimə və komandama yararlı olacağıma inanıram

AZAL – “Qəbələ” matçının ardından qarşılaşmada debüt edən və qələbə qoluna imza atan Daniel Subotiç fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, İsveçrə vətəndaşlığını daşıyan hücumçu növbəti oyunlarda da komandasına yararlı olacağına inandığını bildirib:
 
“İlk qolumu vurdum. Sevindirici haldı ki, bu, debüt oyunumda baş verdi. Amma ən əsası odu ki, qol komandamızın işinə yaradı, qələbə qazandıq. İlk oyuna çıxmaq həmişə çətin olur. Mənim kimi uzun zamandı futbol oynamayan birisi üçün bu, ikiqat çətin və məsuliyyətlidi. Son rəsmi oyunumu may ayında keçirmişdim. Artıq futbolsuz günlərim arxada qaldı. Düşünürəm ki, debütüm normal alındı”.
 
Futbolçu qol anından danışmağı da unutmayıb: “Qol epizodunda öncə başla oynamağı düşündüm. Amma son anda fikrimi dəyişdim, topu sinəmlə ram etdim və zərbə vurdum. Pis alınmadı. İlk oyundaca 90 dəqiqə meydanda olmaq çətindi. Bunun üçün yüksək fiziki hazırlıq gərəklidi. Oyuna yaxşı hazırlaşmışdıq. Amma düşünürəm ki, öz üzərimdə hələ çox işləməliyəm. Növbəti oyunlarda da qollarımı davam etdirəcəyimə və komandama yararlı olacağıma inanıram".
 
Xatırladaq ki,  24 yaşlı hücumçu klubun 160-cı futbolçusu kimi tarixə düşdü. O, bu siyahıda milliləşənlər də daxil olmaqla 74-cü legioner oldu ki, bu oyunçular da 28 ölkəni təmsil edir.
 
Subotiçin vurduğu qələbə qolu “Qəbələ”nin tarixi ərzində rəqib meydanlarında vurulan 150-ci - yubiley qolu oldu. 135-ci səfər oyununda 150-yə çatan “qırmızı-qaralar”  26 dəfə Birinci Divizionda, 17 dəfə kubokda, 107 dəfə Premyer Liqada fərqlənib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.