17 sentyabr 2013 00:07
Xəzər Lənkəranla Bakının sabiq hücumçusu özünə yeni klub tapdı
“Xəzər Lənkəran” və “Bakı”nın sabiq hücumçusu Uinston Parks karyerasını vətənində davam etdirəcək. Azerisport.az xəbər verir ki, kosta-rikalı futbolçu yerli “Uruqvay Koronado”ya keçməyə yaxındı.
Bu barədə Kosta-Rika mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, artıq tərəflər müqavilə ilə bağlı tam razılığa gəliblər. Son bir ayda məhz bu komandanın heyətində məşq keçən Parksın tezliklə ictimaiyyətə rəsmən təqdim olunacağı bildirilir.
Qeyd edək ki, Parks son olaraq çıxış etdiyi “Bakı”dan uzun müddət zədəli olduğu üçün uzaqlaşdırılmışdı.
