16 sentyabr 2013 13:15
Millimizin üzvü Almaniyada 67 dəqiqə oynadı
Futbol üzrə Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin üzvü Əli Gökdəmirin çıxış etdiyi “Hannover “in ikinci komandası “Meppen”i qəbul edib.
Qarşılaşmada qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qolla bir xala sahib çıxıblar.
Millimizin üzvü meydana start heyətində çıxıb. Lakin baş məşqçi Sören Osterland onu 67-ci dəqiqədə əvəzləyib.
Bu heç-heçədən sonra xallarının sayını doqquza çatdıran “Hannover” turnir cədvəlinin 8-ci pilləsinə yüksəlib.
