16 sentyabr 2013 13:36

Qəbələ Realla oyuna gedir

“Qəbələ” Futbol Akademiyası 2013-2014 mövsümünün ilk səfərini gerçəkləşdirməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, klubun 14 yaşa qədər futbolçulardan ibarət komandası sentyabrın 18-dən 23-dək İspaniyanın paytaxtı Madriddə dünyanın tanınmış klublarının iştirakı ilə təşkil olunacaq ənənəvi beynəlxaq turnirdə çıxış edəcək.
 
Məşhur portuqaliyalı mütəxəssis Joze Mourinyonun adını daşıyan turnirdə 13 ölkənin 24 komandası 4 qrupda mübarizə aparacaq. "Qəbələ" turnirə ev sahibliyi edən Madrid "Real"ı ilə eyni qrupda yer alıb. Oyunlar “San Roke” (1-ci qrup), “Alkobendas”, “Kanilyas” və “San Sebastyan” stadionlarında keçiriləcək. Komanda Madriddə dördulduzlu “Amura” otelində məskunlaşacaq və sentyabrın 19-da ilk məşqinə çıxacaq. İspaniyaya yollanacaq nümayəndə heyətinə “Qəbələ” Futbol Akademiyasının direktor müavini Nail Kərimov, akademiyanın baş məşqçisi Halim Fıçıcı, məşqçilər Sərdar Qafarov, Uğur Kurt, həkim İlkin İslamov, inzibatçı Elşən Səmədli və 18 futbolçu daxil ediləcək. Qeyd edək ki, futbolçularımız Madriddə olduğu günlərdə “Real Madrid” - “Xetafe” oyununu stadionda izləmək imkanına malik olacaqlar. "Qəbələ" İspaniyaya aşağıdakı futbolçu heyəti ilə yollanacaq:
 
Qapıçılar: Murad Cəfərov, Fərman Bayramov 
Müdafiəçilər: Vüsal Məsimov, Fəqan Məsimov, İzzət Müştaqov, Arsen Ağcabəyov,  Bəşir Aylarov
Yarımmüdafiəçilər: Nizami Səmədov, Tolqar Yaqubov, Samir Ağakişiyev, Davud Mahmudov, Rəşid Manafov, Fikrət Tağıyev, Rəşad Tağıyev, Elcan Hafizli
Hücumçular: Məhəmməd Abbaslı, Təbriz İsazadə, Kamran Quliyev.
 
Turnir iştirakçıları aşağıdakı qruplarda mübarizə aparacaqlar:
 
I Qrup
 
"Qəbələ"
"Real" (Madrid, İspaniya)
Los Anceles Akademiyası (ABŞ)
“Akademika Koimbra” (Portuqaliya)
“Jef Yunayted” (Yaponiya)
“IFK Stoksund” (İsveç) 
 
II Qrup
 
“Ayaks” (Hollandiya)
“Verder” (Almaniya)
“Atletiko” (Madrid, İspaniya)
“Brommapoykarna” (İsveç)
“Çivas” (ABŞ)
“Alkobendas” (İspaniya)
 
III Qrup
 
“Yuventus” (İtaliya)
“Kombinado” (Marsel, Fransa)
“Fillinqsdalen” (Norveç)
“Den Haaq” (Hollandiya)
“Şandonq Lusenq” (Çin)
“Kanilyas” (İspaniya)
 
IV Qrup
 
“Barselona” (İspaniya)
“Fulhem (İngiltərə)
“Kapillan Pallo” (Finlandiya)
“Straykers” Akademiyası (ABŞ)
AİK (İsveç)
“Sans” (İspaniya)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.