16 sentyabr 2013 14:12
Vladislav Qədirov 100-ə çatdı
Topaz Premyer Liqasının 6-cı turunun "Rəvan” – "Qarabağ” oyunu paytaxt klubunun baş məşqçisi Valdislav Qədirov üçün yubiley ilə əlamətdar olub. Azerisport.az xəbər verir ki, 42 yaşlı çalışdırıcı peşəkar məşqçilik karyerasında 100-cü görüşünə çıxıb.
Ümumiyyətlə, bu 100 oyunda baş məşqçi 44 qələbə əldə edib, 39 dəfə isə məğlub olub. Qalan 17 görüşdə isə heç-heçə qeydə alınıb. Qədirovun sırf "Rəvan”da 45-ci oyununu keçirdiyini də bildirək. Yubileyi "sülh” ilə qeyd edən "sükan sahibi” bu komandada 26 qələbə əldə edibsə, 10 matçda yenilgiyə üzülüb. "Rəvan”ı 2011-ci ildə Premyer Liqaya çıxaran mütəxəssis komandadakı digər 9 görüşdə heç-heçəyə şahidlik edib ki, bunlardan da sonuncusu "Qarabağ” ilə son tur matçına təsadüf etdi.
