16 sentyabr 2013 14:33
“Ümid edirəm ki, bu artan qrafiki qoruyacağıq”
Xəbər verdiyimiz kimi, Topaz Premyer Liqasının 6-cı turunun "Rəvan” – "Qarabağ” oyunu paytaxt klubunun baş məşqçisi Valdislav Qədirov üçün yubiley ilə əlamətdar olub. Azerisport.az xəbər verir ki, 42 yaşlı çalışdırıcı peşəkar məşqçilik karyerasında 100-cü görüşünə çıxıb.
Yubilyar məsələ ilə bağlı klubun rəsmi saytına danışıb: "100 oyun həddinə çatdığıma görə şadam. Özü də yubiley oyununda ölkənin ən güclü klublarından olan "Qarabağ” ilə görüşdük və onlardan xal aldıq. Əlbəətə, qələbə qazansaydıq, daha möhtəşəm olardı. Lakin 1 xalla kifayətlənməli olduq. Əsas odu ki, uşaqlar atıq hər oyunda döyüşür, sona qədər mübarizə aparır. Mənə gəlincə, çalışacam ki, komandam oyunu ilə qəlblərə yol tapsın, sayılıb-seçilən kollektivə çevrilsin. Hər keçən oyunda inkişafın olduğunu hiss edirəm. Ümid edirəm ki, bu artan qrafiki qoruyacağıq”.
