16 sentyabr 2013 16:39
Sumqayıt İdman Mərkəzində oturacaqların quraşdırılmasına başlanılıb (VİDEO)
Sumqayıt İdman Mərkəzinin tikintisi davam etməkdədi. Azerisport.az xəbər verir ki, artıq 3 gündü mərkəzdə azarkeşlər üçün oturacaqların quraşdırılmasına start verilib.
Bu həftə oturacaqların quraşdırılması yekunlaşacaq. İdman Mərkəzinin həyətyanı sahəsində də asfaltlama işlərinə start verilib.
Sumqayıt İdman Mərkəzinin texniki sahəsində də işlər başa çatmaq üzrədi. Paltardəyişmə otaqları ilə yanaşı digər texniki otaqlar artıq tam hazırlanıb.
