16 sentyabr 2013 17:31
Qarabağ 2 gün sonra başladı
“Qarabağ” məşqlərini bərpa edib. Azerisport.az xəbər verir ki, Premyer Liqanın 7-ci turunda qarşılaşacağı “Simurq”la oyunun hazırlıqlarına start verib.
Baş məşqçi Qurban Qurbanov “Rəvan”la baş tutan sonuncu oyundan sonra futbolçulara 2 günlük istirahət vermişdi.
Bu gün komandanın yeganə məşqi Suraxanı qəsəbə stadionunda nəzərdə tutulub. Sabaha isə komandanın 2 məşqi var.
Qeyd edək ki, “Qarabağ” – “Simurq” matçı sentyabrın 21-də baş tutacaq.
