17 sentyabr 2013 18:57
Rəvan Qəbələ ilə oyuna iki itki ilə hazırlaşır
"Rəvan” Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində "Qəbələ” ilə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, paytaxt klubu bu oyuna hazırlığı "Bayıl” stadionunda davam etdirir.
Baş məşqçi Vladislav Qədirovun rəhbərliyi altında keçirilən məşqlərdə 2 istisna olmaqla komandanın bütün heyət üzvləri iştirak edir. Belə ki, Tofiq Mikayılov ili başa vurubsa, Elvin Həsənəliyev qasıq nahiyyəsindəki zədəni sağaltmaqla məşğuldu. Odur ki, bu iki futbolçu Qəbələ səfərində komandasına kömək edə bilməyəcək.
Qalan bütün komanda üzvləri ümumi qrupda hazırlıqda iştirak edir.
