17 sentyabr 2013 18:48

“Artıq özümüzə gəlmişik”

"Rəvan” Topaz Premyer Liqasının 6-cı turunda "Qarabağ” ilə üz-üzə gəldi. Azerisport.az xəbər verir ki, "Bayıl” stadionunda keçirilən qarşılaşmada bu komanda qələbəni son anda əldən verdi. 1:1 hesablı bərabərliklə başa çatan oyunda diqqətçəkən məqamlardan biri də Novruz Məmmədovun kapitan sarğısını qoluna keçirməsi oldu.
 
23 yaşlı müdafiəçi Ramazan Abbasov və Rəşad Abdullayevin yoxluğunda sarğını qoluna taxmışdı. Belədə Məmmədov cari mövsüm komandasını kapitan kimi meydana çıxaran 3-cü futbolçu oldu. Daha öncə məhz Abbasovla (3 oyun) Abdullayev (2 oyun) fərqlənmişdi.
 
Ümumilikdə isə Novruz Premyer Liqada "Rəvan”ı kapitan kimi meydana çıxaran 8-ci futbolçu oldu. Elitada 70 oyun keçirmiş komandada buna qədər Miloş Zeçeviç (49 oyun), Tural Axundov (10), Ramazan Abbasov (4), Əkrəm Hodziç, Rəşad Abdullayev (hər ikisi 2), Davud Kərimi və Nodar Məmmədov (hər ikisi 1) oyuna "sarğı” ilə başlamışdı.
 
Premyer Liqada ilk dəfə kapitan olmaq şərəfinə layiq görülmüş Novruz Məmmədov məsələ ilə bağlı klubun rəsmi saytına danışıb. Buna qədər "Muğan” I divizionda oynayarkən kapitan olmuş "21” nömrə bunları deyib:
 
"Mənim üçün də bir qədər gözlənilməz oldu. Yəqin məşqçilər vaxtilə bu komandada oynamağımı nəzərə alıb "sarğı”nı mənə etibar etdilər. Ramazan Abbasov və Rəşad Abdullayev oynamırdı deyə, mən seçildim. Bizim əsas kapitanımız bəllidir – Ramazan Abbasov. Sadəcə, o və vitse-kapitan meydanda olmadığından bu məsuliyyətli iş mənə həvalə olundu. Əlbəttə, kapitanlıq sarğısı məsuliyyəti və təqyiqi artırır. Amma çalışdım ki, bunun mənə təsir etməsinə imkan verməyəm. Sadəcə, öz oyunumu oynayırdım. Onsuz da hər oyuna məsuliyyətlə yanaşmaq borcumuzdur. Bütün komanda işə məsuliyyətlə yanaşır”.
 
Məmmədov "Qarabağ”la oyunla bağlı fikirlərini də bölüşüb: "Çətin oyun olacağını bilirdik. Axı "Qarabağ” kimi güclü komandaya qarşı mübarizə aparırdıq. Əlimizdən gələni etdik. Son dəqiqələrdə qol buraxmağımız isə çox üzücü oldu. Bu məqama əsasən 2 xal itirdiyimizi söyləyə bilərəm. Amma ümumən oyuna görə qənaətbəxş nəticə əldə etdik. Sadəcə, 1:0 olsaydı, lap əla olardı”.
 
Sonda Novruz "Qəbələ” ilə qarşıdan gələn matçla bağlı danışıb: "Məncə, "Rəvan” artıq özünə gəlib. Biz hər keçən oyunda daha yaxşı oynayırıq. Bu ənənəni Qəbələdə də davam etdirmək niyyətindəyik. İndi çempionatda hər oyun çətin olur. Son 2 oyundakı kimi mübarizə aparmalıyıq. Hər halda, mütləq meydanda sona qədər döyüşmək lazımdır. Ümidvaram ki, Bakıya sərfəli nəticə ilə dönəcəyik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.