17 sentyabr 2013 19:15
Paytaxt klubunun uğursuz startı
2013-14 mövsümünün startı “İnter” üçün tarizində ən uğursuz oldu. Azerisport.az xəbər verir ki, ilk 6 matçda komanda 3 xal toplaya bilib və bu nəticə ötənilkindən 5 xal azdı.
“İnter”in çempionatın ilk 6 matçında ən yaxşı nəticəsi 2005-06-cı il mövsümünə təsadüf edir. Həmin mövsüm ilk 6 oyunda komanda 14 xal toplamağa müvəffəq olmuşdu. Lakin qeyd etmək yerinə düşərdi ki, ilk 6 matçda “İnter” 11 qol vurmuşdu və bu da məhsuldarlığa görə tarixində ikinci göstərici olmuşdu.
“İnter” yalnız bir dəfə ilk 6 qarşılaşmada daha çox ql vura bilib. 12 qola imza atan komanda bu nailiyyətə 2005-06-cı il mövsümündə nail olmuşdu. Bununla belə, bu mövsüm ilk 6 oyunda buraxılmış qolların sayna görə “İnter” antirekorda imza atdı - 13 qol. Bundan öncə “buraxılmış qollar” qrafasında ən pis göstərici 2005-06-cı il mövsümünə təsadüf edir. Həmin mğvsümün ilk 6 qarşılaşmasında komanda 7 qol buraxmışdı.
“İnter”in tarixi boyu Azərbaycan çempionatının ilk 6 qarşılaşmasındakı çıxış cədvəlini təqdim edirik. (klub saytı)
|
Mövsüm
|
O
|
Q
|
H
|
M
|
T
|
X
|
|
2004/05
|
6
|
2
|
3
|
1
|
5-3
|
9
|
|
2005/06
|
6
|
4
|
2
|
0
|
12-7
|
14
|
|
2006/07
|
6
|
3
|
2
|
1
|
10-1
|
11
|
|
2007/08
|
6
|
2
|
3
|
1
|
6-2
|
9
|
|
2008/09
|
6
|
3
|
3
|
0
|
10-2
|
12
|
|
2009/10
|
6
|
4
|
1
|
1
|
7-5
|
13
|
|
2010/11
|
6
|
4
|
1
|
1
|
6-2
|
13
|
|
2011/12
|
6
|
3
|
1
|
2
|
5-5
|
10
|
|
2012/13
|
6
|
2
|
2
|
2
|
5-4
|
8
|
|
2013/14
|
6
|
1
|
0
|
5
|
11-13
|
3
|
