17 sentyabr 2013 19:22
İnter Bakı üçün hazırlığa başladı (FOTOREPORTAJ)
“İnter” Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində "Bakı"nı qəbul edəcək. Azerisport.az xəbər verir ki, “bankirlər” bu oyuna "Şəfa" stadionunda hazırlaşır.
Bu gün komanda plana uyğun olaraq növbəti məşqinə çıxıb. Həmin məşqdən hazırlanmış fotoreportajı təqdim edirik.
Qeyd edək ki, "İnter" - "Bakı" matçı sentyabrın 21-də keçiriləcək və saat 17:30-da başlayacaq.
