17 sentyabr 2013 11:11

Mindauqas Kalonas: Bakı Lənkəranda məğlubiyyətə layiq deyildi

“Bakı”nın hücumçusu Mindauqas Kalonasın azerisport.az saytına müsahibəsi
 
- “Xəzər Lənkəran”la oyunun gözlədiyinizdən də çətin alındığını demək olar?
- Rəqibimiz güclü komanda idi. Onlar mövsümə uğursuz başlasa da, böyük potensiala malikdilər. Bilirdik ki, Lənkəranda əsl döyüş olacaq. Bu oyuna qədər onlar qələbə qazanmamışdılar. Ona görə də bizə qarşı sona kimi mübarizə apardılar. Biz də bu oyuna çox ciddi hazırlaşmışdıq. Amma bəzi epizodlarda səhvlərə yol verdik ki, bu da görüşün taleyini həll etdi. Daha yaxşı oynamalı idik. Birinci hissədə pis təsir bağışlamadıq. Amma ikinci yarıda meydan sahibləri üstünlüyü ələ keçirə bildilər.
 
- Oyundan sonra Con Toşak komandasının daha böyük hesabla qalib gəlməli olduğunu açıqlayıb...
- Bu, oyunun fikridi. Mən isə nəticənin oyuna görə olmadığını hesab edirəm. Meydanda bərabər mübarizə getdi. Sadəcə, bizim bəxtimiz gətirmədi. Ola bilər ki, “Xəzər Lənkəran” qələbəyə layiq oyun göstərdi. Amma “Bakı” da məğlubiyyətə layiq deyildi. Fikrimcə, heç-heçə daha ədalətli nəticə olardı. İstənilən halda rəqib komanda barədə xoş sözlər deyə bilərəm. Onlar hələ “Neftçi” ilə ev oyununda da qələbəyə layiq idilər. Baxmayaraq ki, görüş heç-heçə başa çatmışdı.
 
- Penalti epizodu barədə nə deyə bilərsiz?
- İlk baxışdan düşünmək olardı ki, orda qayda pozuntusu var idi. Amma sonradan göründü ki, bu, belə deyilmiş. Kamran Ağayev penaltini dəf etməklə ədalətin bərpa olunmasına yardımçı oldu. Məhz həmin epizodda məndə qələbəyə inam yarandı. Təəssüf ki, həlledici zərbələrimiz alınmadı. Bütövlükdə, “Bakı”nın oyunundan razıyam. Yeganə narazı qaldığım məqam nəticədi. Lənkərandan xalsız qayıtmamalıydıq.
 
- Qarşıda sizi “İnter”lə oyun gözləyir...
- Paytaxt derbisində bizi ancaq qələbə düşündürür. “Bakı”ya indi baxımlı oyun yox, qələbə lazımdı. Fikrimcə, bizi çətin oyun gözləyir. Daha yaxşı hazırlaşmaq lazımdı. Çünki “İnter”ə qarşı oynamaq həmişə çətin olur.
 
- “Xəzər Lənkəran” kimi, “İnter” də bu mövsümün uğursuz komandalarındandı. Bu, sizi arxayınlaşdırmayacaq ki?
- Bu oyunda favorit yoxdu. “İnter”in uğursuz çıxış etməsinə baxmayaraq, komandanın çox acıqlı olduğunu bilirik. Onlar hər oyuna qələbə üçün çıxırlar. “İnter”lə oyun da Lənkərandakı qarşılaşma kimi çətin olacaq. Əgər erkən qol vursaq, görüşün taleyini həll edə bilərik. Artıq xal itirməyə haqqımız yoxdu.
 
- Altı turdan sonra vurduğunuz dörd qolla bombardirlər cədvəlinə liderlik edirsiz...
- Mən bombardir olmaq haqda düşünmürəm. Əlbəttə, hər bir futbolçu ən yaxşı bombardir olmaq istəyir. Amma komandamın qələbəsi daha vacibdi. Əgər “Bakı” mövsümü qələbə ilə başa vura bilsə, mən daha çox sevinərəm. Mümkündü ki, hər iki uğura nail olaq. Çünki qələbə qazanmağımız üçün mənim də qol vurmağım lazımdı. Ona görə rəqiblərimizi məyus etməkdə davam etməliyəm. Komandamız yaxşı futbolçulardan qurulub. Bizə 90 dəqiqə inamlı oynamaq lazımdı. Zaman keçdikcə daha yaxşı oynayacağıq. Hələlik liderlərdən geri qalırıq. Amma çempionat uzundu. Dörd dövrə ərzində çox şey ola bilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.