17 sentyabr 2013 11:53
Xəzər Lənkəran sabah Bakıya yola düşür
Premyer Liqanın 7-ci turunda səfərdə AZAL klubu ilə qarşılaşacaq “Xəzər Lənkəran” doğma şəhərdə hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, dünən bir məşqlə kifayətlənən cənublular bu gün ikiqat çalışacaq.
Saat 10:30-da stadionun ehtiyat meydançasında məşqə çıxan Lənkəran təmsilçisinin daha bir hazırlığı 18:00-da baş tutacaq. Sabah səhər saatlarına da məşq planlaşdırılıb. Məhz sabah baş tutacaq hazırlıq prossesinin ardından komanda Lənkəranı tərk edərək paytaxta yollanacaq.
Qeyd edək ki, AZAL-la oyun sentyarın 22-də “AZAL Arena”da keçiriləcək. Saat 18:00-da start götürəcək qarşılaşma heç bir televiziya kanalı ilə yayımlanmayacaq.
