17 sentyabr 2013 12:14
Baş katib UEFA-nın tədbirində iştirak edəcək
Bu gün və sabah Xorvatiyanın Dubrovnik şəhərində UEFA-nın "Top Executive" proqramı çərçivəsində iclası keçiriləcək. Azerisport.az xəbər verir ki, Avropa futbol qurumunun üzü olan milli assosiasiyaların prezidentlərinin və baş katiblərinin iştirak etdiyi tədbirdə AFFA-nı baş katib Elxan Məmmədov təmsil edəcək.
