17 sentyabr 2013 13:16
Birinci Divizionda ilk turun cəzaları açıqlandı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Birinci Divizionunun 1-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Şuşa” – “Şahdağ” matçının 69-cu dəqiqəsində “Şuşa”nın futbolçusu Elçin Qasımov qeyri-etik ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Turan-T” – “Araz Naxçıvan” matçında “Araz Naxçıvan” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
MOİK – “Bakılı” matçında “Bakılı”nın 4, MOİK-in 6 futbolçusu sarı vərəqə cəzalandığı üçün klublar 100 manat cərimə olunub.
“Ağsu” – “Kəpəz” matçının 77-ci dəqiqəsində “Ağsu”nun futbolçusu Qalib Əmrahov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 400 manat cərimə olunub.
“Şəmkir” – “Mil-Muğan” matçının 24-cü dəqiqəsində “Mil-Muğan”ın futbolçusu Samir Babayev əllə oyuna görə ikinci sarı vərqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
