18 sentyabr 2013 00:24

Toğrul Erat: Azərbaycan millisini heyətində vurduğum qola görə sevinmədim

Futbol üzrə Azərbaycanın U-21 yığmasının AÇ-2015-in seçmə mərhələsi çərçivəsində keçirdiyi İsraillə oyunu komandamızın darmadağını ilə yadda qaldı – 2:7. Azerisport.az xəbər verir ki, bu qarşılaşmada debüt edən Toğrul Eratın yığmamızın heyətindəki ilk oyununda qol hesabını açması da diqqət çəkən məqamlardan oldu.
 
Bu futbolçu 1992-ci ildə Almaniyada – Zolingendə anadan olub. Əslən türk olan Erat Düsseldorf “Fortuna”sının gənclərdən ibarət komandasında forma geyir. O, bir neçə həftə öncə Türkiyə pasportu alsa da, birdən-birə Azərbaycan yığmasına dəvət almaqla hər kəsi təəccübləndirdi. Çünki 21 yaşlı gənc futbolçu Türkiyə millisinin şərəfini qorumağı arzuladığını dəfələrlə açıqlamışdı. Lakin görünür qardaş ölkə yığmasına düşməyin çətinliyini görən futbolçu əvvəllər heç vaxt olmadığını Azərbaycanın vətəndaşlığını qəbul etməyə və yığmamızın şərəfini qorumağa razılıq verib.
 
Onu yığmamıza almaniyalı baş məşqçi Bernard Lippert gətirib. Bu mütəxəssis “Fortuna”nın gənclərdən ibarət komandasının çalışdırıcısı Taşkın Aksoyla əla münasibətlərə malikdi. Elə Eratın yığmamıza yolu da onların qarşılıqlı anlaşması nəticəsində açılıb. Lippert Aksoy vasitəsilə Toğrulun atası ilə telefon əlaqəsi yaradıb. Məhz bu danışıqların nəticəsində Erat ailəsi Azərbaycan yığmasından gələn dəvəti müsbət qarşılayıblar.
 
Almaniya mətbuatına müsahibə verən yarımmüdafiəçi özü yığmamızdan aldığı dəvətlə bağlı bunları söyləyib: “Mənə realist olmaq lazım idi. Türkiyə yığmasından dəvət gözləyə bilməzdim. Belə bir vaxtda Azərbaycandan gələn dəvəti qəbul etməliydim. Çünki özümü beynəlxalq səviyyədə göstərmək şansı qazanmışam”.

Yığmamızdakı debüt matçında qol vursa da, İsrailə biabırçı hesabla məğlub olmalarına toxunan futbolçu buna görə utandığını bildirib: “Bu nəticəyə görə utanıram. Düzünü deyim ki, vurduğum qola da qətiyyən sevinmədim”.
 
Həmin oyundan sonra Azərbaycanın əsas millisinin baş məşqçisi Berti Foqts da Eratla maraqlanıb: “O, mənə yaxınlaşıb işlərimin necə getdiyini soruşdu. Amma etiraf edim ki, mən onu söhbətimizlə çox yükləmək istəmədim. Bir neçə kəlmə ilə kifayətlənməli oldum”.

Toğrul yığmamızdakı çıxışının onun gələcək karyerasına da müsbət təsir edəcəyinə inanır: “Mənim “Fortuna” ilə müqaviləmin müddəti 2014-cü ilin yayında başa çatacaq. Əgər Azərbaycan yığmasına mütəmadi çağırılsam, klubun da mənə olan marağı arta bilər”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.