18 sentyabr 2013 01:27
Azərbaycan Portuqaliyanı şoka saldı (FOTO)
Futzal üzrə Azərbaycan yığması ötən gecə yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, komandamız AÇ-2014-ün final mərhələsinə hazırlıq çərçivəsində Portuqaliya yığması ilə qarşılaşıb.
Portuqaliyanın Fundao şəhərindəki qarşılaşmada qalib müəyyənləşməyib. Hesabı millimiz açsa da, bu üstünlüyünü əldən verib və görüş sülhlə başa çatıb.
Qeyd edək ki, bu gün sözügedən komandalar daha bir sınaq matçına çıxacaqlar.
Yoxlama oyunu
17 sentyabr
Portuqaliya – Azərbaycan – 1:1
Qollar: Amadeu, 4 (0:1), Marinyo, 6 (1:1).
Hakimlər: Ruben Querreyro, Migel Kastilyo, Marko Rodriqes (Portuqaliya).
PORTUQALİYA: Joao Benedito, Joao Matos, Paulinyo, Rikardinyo,
Ehtiyat oyunçular: Joel Keyroş, Arnaldo (k), Marinyo, Rikardo Fernandes, Co, Fabio Aquyar, Bruno Koelyo, Kristiano.
Baş məşqçi: Xorxe Braş.
AZƏRBAYCAN: Buranello, Felipe, Edu, Amadeu, Vitali Borisov
Ehtiyat oyunçular: Seymur Məmmədov, Fərid Ələkbərov, İlkin Hacıyev, Elnur Qəmbərov, İsa Atayev, Ramiz Çovdarov, Marat Salyanski (k.), Elnur Zamanov.
Baş məşqçi: Alesio da Silva.
