17 sentyabr 2013 13:37
Qarabağın futbolçusu bir oyunluq cəzalandı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasınsa çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 6-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Rəvan” – “Qarabağ” matçının 57-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Təmkin Xəlilzadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərqə alaraq kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
“Simurq” – “Sumqayıt” matçında “Simurq”un 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
